Günay İbrahimliyə koronavirus zərbəsi

“Koronavirusdan qorunuram. Avtomobilimdə spirt, antibakterial gel almışam. Kiməsə pul verəndə, pul alanda özümü qoruyuram”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

O, dünyanı cənginə alan koronavirusdan qorunma üsulları barədə söz açıb:

“Maska taxmıram. Çünki utanıram. Elə maşın sürə, gəzə bilmərəm. Kapron maskalar göndəriblər, onlardan da istifadə etmirəm”.

G.İbrahimli bildirib ki, xəstəliyə görə bir neçə ifa edəcəyi məclislər təxirə salınıb:

“Koronavirusa görə çıxış edəcəyim toylar, ad günülər təxirə düşüb. Restoranlarda baş tutacaq ad günü partiləri var idi, lakin onları ləğv edib, evdə keçiriblər. Mən də gedib həmin məkanda iştirak etmişəm. İki ay öncədən 4-5 toyum var idi, onları da təxirə salıblar”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə indiyədək koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötüb.