«Gündəm Xəbər» qəzetinə qarşı təxribat

 

1

«Gündəm Xəbər» qəzeti təxribatla üzləşib. Yay fəslində istirahətə çıxan qəzetin kollektivi köşklərdə eyniadlı və eynidizaynlı qəzetlə rastlaşıblar.

«Gündəm Xəbər» baş redaktoru Şirin Cəfərli Azinform.az-aaçıqlamasında bildirib ki, kollektiv istirahətdə olsa da, kimlərsə oxşar qəzet buraxır: «Gündəm Şok Xəbər» adlı qəzet «Gündəm Xəbər» qəzeti kimi buraxılır. Bunu bizə qarşı təxribat sayıram. Oxuculardan xahiş edirəm ki, köşklərdən «Gündəm Xəbər» qəzeti istəyərkən diqqətli olsunlar, onlara «Gündəm Şok Xəbər» adlı qəzet sırıya bilərlər. Bəyan edirəm ki, «Gündəm Xəbər»nin kollektivi istirahətdədir və qəzet fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Məzuniyyətdən qayıtdıqdan sonra fəaliyyətimizi bərpa edəcəyik».