Günel Səfərova seçicilərlə görüşdü

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa müstəqil namizəd Günel Səfərova Xutor qəsəbəsində seciçilərlə görüşüb.  

XALQ.AZ xəbər verir ki, görüşdə Xutorda yaşayan əhali evlərinin sənədsiz olmasından, infrastrukturun doğru işləməməsindən, kanalizasiya sularının evlərinə dolmasından və s şikayət edib.

Eyni zamanda millət vəkillərinin kim olduğunu bilmədiyini xüsusi qeyd edən xutorlular seçkidə Günel Səfərovaya səs verəcəyini bildirib. 

XALQ.AZ