Gürcüstanda matəm elan olundu

Tbilisinin Didi Diğomi rayonunda yaşayış binasında baş verən partlayışla əlaqədar Gürcüstanda matəm elan olunub.
XALQ.AZ xəbər verir ki, baş nazir Mamuka Baxtadzenin imzaladığı sərəncama əsasən, yanvarın 17-də Gürcüstanda və xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərdə dövlət bayrağı endiriləcək.

Qeyd edək ki, yanvarın 16-da Tbilisinin Didi Diğomi rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış olub. Qaz sızması nəticəsində baş verən partlayış zamanı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Orxan