Gürcüstanın baş naziri ABŞ-a gedib

Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb.

XALQ.AZ xəbər verir ki, Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.

Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.

 

 

Orxan