Həbsxana işçisi həbsxana qanunlarını pozdu

Hebs

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

XALQ.AZ-ın Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, təcridxananın Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.