Həbsxanadan qaçan qatil yenidən həbs edildi

Hebs

ABŞ-ın Ohayo ştatında üç məktəblinin qətlinə görə ömürlük həbs cəzası alan cinəyətkar həbsxanadan qaçdıqdan bir müddət sonra yaxalanıb.

XALQ.AZ-ın məlumatına görə, Tomas Tidjey Leyn həbsxanadan iki başqa məhbusla birlikdə qaçıb. Qaçan cinayətkarlardan biri dərhal tutulub, Leyni isə altı saat sonra yaxalanıb.

Hazırda19 yaşı olan Leyn yeniyetmə olarkən cinayət törədib. Belə ki, 2012-ci il fevralın 27-də o, məktəbdə atəş açaraq üç nəfəri öldürüb, iki nəfəri isə yaralamışdı.

Leyn ömürlük həbsə məhkum edilib.

Leyn hökmün elan edilməsindən sonra məhkəmədə köynəyi açıb və ələ salmayla “qatil” yazısı olan futbolkanı həlak olmuşların qohumlarına göstərmişdi. Həmin köynəyin eynisi cinayət törədilən vaxt onun əynində olub.