Həkimlər və ailə üzvləri sığortalana bilər – Koronavirusa görə

“Həkimlərin koronavirusa yoluxma riski yüksəkdir. Buna görə də onların və ailə üzvlərinin sığortalanması tənzimlənə bilər. Çünki həkimlərimiz, həyatlarını riskə atırlar”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, bununla bağlı aidiyyəti qurumlar təkliflərlə çıxış edəcək:

“Bu, ilkin olaraq müzakirə olunub və hər kəs tərəfindən müsbət qarşılanıb”.