HƏMAS Moskva  ilə əlaqə saxlayır

HƏMAS hərəkatı Rusiya vətəndaşlığı olan israilli məhbuslarla bağlı Moskva  ilə əlaqə saxlayır.

HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

“Qəzza zolağında saxlanılanlar arasında  ikili vətəndaşlığı olan onlarla insan var… Rusiya vətəndaşlığı olanları bilən kimi biz Rusiya ilə əlaqə saxlayırıq”, – deyə Əbu-Mərzuk bildirib.

Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı elan edib.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.