Hərbçimiz minaya düşdü

Mina

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

XALQ.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, cəbhənin Qazax istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev minaya düşüb. Əsgər mina partlaması nəticəsində ağır yaralanıb.

Yaralı hərbçi hospitala yerləşdirilib. Hazırda O.Hacıyevin vəziyyəti ağırdı.

Qeyd edək ki, Orxan Hacıyev müddətdən artıqdır hərbi xidmətdədir.