Hərbi Prokurorluğun xidmət rəhbəri təltif edildi

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təltif edilib.

XALQ.AZ xəbər verir ki, F.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Medal F.Əliyevə təqdim edilib.

Bu yüksək təltiflə bağlı Firad Əliyevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2005-ci ildən isə prokurorluq orqanlarında xidmət edir.