Hərbi təlim kimisə qorxutmaq deyil, güclü olmaq üçündür”

4
“Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlim iki ölkə arasındakı əməkdaşlığın məzmununa uyğundur”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

 

B. Muradova bildirib ki, bu sahədə əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. O qeyd edib ki, torpaqları işğal olunmuş Azərbaycan hərbi aspektdə də yüksək səviyyədə hazırlıq aparmalıdır: “Azərbaycan və Türkiyə arasında hərbi təlim kimisə qorxutmaq üçün deyil, güclü olmaq üçündür”.