Hərbiçilərimiz beynəlxaql tədbirdə

 

 

26

Mayın 4-dən 10-dək Belçikanın Brügge şəhərində “Əməliyyat uğurunun əldə edilməsi məqsədilə effektiv tərəfdaşlığın formalaşdırılması” mövzusunda konfrans, mayın 5-dən 8-dək Minskdə (Belarus) “Böhranlara cavab əməliyyatlarında tibbi dəstək” mövzusunda mobil təlim qrupu təlimi keçiriləcəkdir.
Mayın 5-dən 9-dək Xaniya şəhərində (Yunanıstan) dənizdə qadağa əməliyyatlarında birgə fəaliyyət kursu, mayın 5-dən 9-dək Brüsseldə (Belçika) “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq” kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 5-dən 30-dək Vışkov şəhərində (Çexiya) kiçik komandirlər üçün liderlik kursu təşkil olunacaqdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.