“Hətta yerli jurnalistlər məndən gileylənirdilər ki, niyə mətbuat konfransı keçirmirəm” – İlham Əliyev

“Düzü, sonuncu dəfə nə vaxt mətbut konfransı keçridiyimi xatırlamıram. Hətta yerli jurnalistlər məndən gileylənirdilər ki, niyə mətbuat konfransı keçirmirəm”.

XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, xarici jurnalistlər bu gün Azərbaycanda olmasaydı, bu mətbuat konfransı baş tutmayacaqdı:

“Hikmət Hacıyev mənə məlumat verəndə ki, xarici jurnalistərdən ibarət qrup buradadır. Bu mətbuat konfransının keçirilməsi qərarını verdim. Yəqin siz gəlməsəydiniz, bu mətbuat konfransı baş tutmayacaqdı”.

Ölkə rəhbəri müharibə vaxtı xarici media təmsilçilərinin Azərbaycanla bağlı haqlı mövqeyini xüsusi qeyd edib.