Həyətində marixuana əkən saxlanıldı

narkotik

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Yusif Səfərov yaxalanıb.

XALQ.AZ-ın məlumatina görə, polislərin onun yaşadığı ünvana keçirdiyi baxış zamanı Səfərovun həyətyanı sahəsində narkotik vasitə olan marixuana becərdiyi ortaya çıxıb.

Yusif Səfərovun sözlərinə görə, narkotik vasitəni öz istifadəsi üçün əkib. Amma polis orqanında aparılacaq istintaq onun əsl məqsədini müəyyən edəcək.