Həzi Aslanov sabah Milli Məclisdə çıxış edəcək

Mayın 18-i, yəni sabah  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, birgə iclas zamanı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Mayın 18-də keçiriləcək komitələrin birgə  iclasına  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru  Həzi Aslanov çıxış edəcək.

Həmçinin, mayın 19-da keçiriləcək parlamentin plenar iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov iştirak edəcək.