Hacı Nuran çağırış etdi-Mütləq peyvənd olunmalıyıq-Fotolar

HacI Nuran Hüseynov peyvənd olundu.

XALQ.AZ xəbər verir ki, o bu barədə sosial hesabında yazıb.

Hacı Nuran qeyd edib ki, düz 6 ay bundan əvvəl mən də əsrin bəlası olan koronavirus xəstəliyinə yaxalandım … Mənim səhhətimdəki problemləri, necə bir risk altında olduğumu dostlar yaxşı bilir … Və onu da bilirlər ki, heç vaxt özüm üçün yaşamadım mən … Yəni özümü düşünmək heç ağlımdan belə keçmir … Çünki düşünmüşəm ki, məndən vacib olan xalqımdır, mənə ehtiyacı olan insanlardır … O üzdən də hətta pandemiya dövründə belə əhali arasında oldum, insanlarla görüşdüm, onların problemləri ilə maraqlandım … Nəticədə, mən də COVİD-19-a tutuldum … Düzdür, Tanrı məni bu dəfə də qorudu … Amma hər halda xəstəlik məni möhkəm sirkələdi … Və canımda ona yenidən tutula bilmək qorxusu qaldı … Mən də düz 6 ay gözlədim və bu gün – Səhiyyə İşçiləri günündə peyvənd olunmaq üçün üz tutdum Bakı Sağlamlıq Mərkəzinə … Buradakı səliqə-səhman insanı heyran edir … Peyvənd olunmaq istəyənlər üçün hər şərait yaradılıb… Hər şey yüksək səviyyədədir … Bir anın içində işlər bitdi … Beləcə, mən də vaksin vurdurdum … Və özümü çox yaxşı hiss edirəm … Sizə də tövsiyə edirəm… Öyrəşdiyimiz, darıxdığımız həyatı yenidən yaşamaq üçün mütləq peyvənd olunmalıyıq.

Возможно, это изображение (2 человека, люди сидят, люди стоят и в помещении)
Возможно, это изображение (1 человек)
Возможно, это изображение (1 человек, стоит, сидит и в помещении)
Возможно, это изображение (1 человек, стоит, сидит и в помещении)