Hacı Qamətin köməkçisi öldürülüb

Qamet

«Əbu Bəkir» məscidinin imam cüməsi, habelə Azərbaycandakı sələfilərin lideri hesab edilən Qamət Süleymanovun köməkçisi Əfqanıstanda öldürülüb.
AzVision.az-ın məlumatına görə, bu barədə bəzi sələfi nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, hacı Qamətin köməkçisi Muhamməd adlı şəxs Əfqanıstanda cihadda öldürülüb.

“Qamətin mühafizəçisi və köməkçisi Muhamməd Həcc zamanı bütün suallarını alimə verdikdən sonra geri dönərək Qamətin səhv yolda olmasına şahidlik edir , tövbə edir. Əfqanstana gedərək inşəAllah şəhid olub”.

Qeyd edək ki, Suriya məsələsindən sonra hacı Qamətlə sələfi tərəfdarları arasında münasibətlər kəskin pisləşib. Ən yaxın adamlarının belə Q.Süleymanovdan uzaqlaşdığı bildirilir. Hətta Qamətin qayını və yeznəsinin də mövqeyinə görə ondan uzaq düşdüyü qeyd edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.