Hacıqabulda ümumrayon iməciliyi keçirildi.
Hacıqabul rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar genişmiqyaslı ümumrayon iməciliyi keçirildi.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən 01 iyun 2024-cü il tarixində rayon ərazisində genişmiqyaslı ümumrayon iməciliyi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, rayonun idarə-müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak etmişdir.
Keçirilən iməcilik zamanı Hacıqabul şəhəri və ümumilikdə rayon ərazisində abadlıq və təmizlik işləri görüldü, yaşıllıq zolaqları alaq otlarından təmizləndi, istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, təmizlənməsi işləri görüldü.