Hacıqabulda 6 otaqlı ev yandı

Ev yandi

Hacıqabul rayonunda yaşayış evində yanğın baş verib

Xalq.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Hacıqabul rayonu, Rəncbər kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 6 otaqlı evin qamışdan ibarət dam örtüyü 50 kv.m sahədə, mətbəx və hamamın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.