Hacıqabulda daha bir zəlzələ olub

Hacıqabul rayonunda növbəti dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən XALQ.AZ-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.