Hacıqabulda Şəhid Şəhriyar Ağamalıyev anılıb

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakini Ağamalıyev Şəhriyar Əvəz oğlunun doğum günü 28.09.2021-ci il tarixdə şəhidlər xiyabanında məzarı yanında anılıb.

XALQ.AZ xəbər verir ki, anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri,  şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri qoyublar.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilat rəhbərləri də iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.