Hamilə qadın təyyarədə uşaq doğdu (FOTO)

H-1

Rusiyadan Yakutiyaya gedən təyyarədə maraqlı hadisə baş verib.

XALQ.AZ-ın məlumatına görə, Rusiyadan Yakutiyaya gedən təyyarədə sərnişinlərdən biri qəflətən hamını təşvişə salıb.

35 həftəlik hamilə olan İrina Vasylkova adlı təyyarədəki sərnişinin havada ikən sancısı tutub və qışqırmağa başlayıb.

Dərhal təyyarədəki xidməti işçilər 25 yaşlı xanıma yaxınlaşıblar. Vəziyyətin nə yerdə olduğunu başa düşərək, pilota məlumat veriblər. Pilot isə təyyarədə həkimin olub-olmaması ilə bağlı anons edib. Bu zaman təyyarədəki Yelena Slepçova adlı həkim hamilə xanımın köməyinə çatıb. Əkiz uşağa hamilə olan İrinanın uşaqlarından biri havada ikən, digəri isə hava limanında dünyaya gətirilib. Ana və körpələri daha sonra xəstəxanaya aparılıb.

H-2