Hamilə qadınlar COVİD-19 peyvəndi oluna bilər?

“Tədqiqatlar aparılmadığında hamilə qadınlara, o cümlədən 18 yaşdan aşağı olanlara COVID-19 peyvəndinin vurulması tövsiyə olunmur”.

XALQ.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

T.Eyvazov deyib ki, yalnız ABŞ-ın “Pfizer” peyvəndi 12 yaşdan yuxarı şəxslərə vurulmasına icazə verilib:

“Mənə elə gəlir ki, əhalinin 18+ təbəqəsi peyvənd olunduğu müddətdə tədqiqatlar aparılacaq. Bunun əsasında da hamilə qadınlara və uşaqlara peyvənd vurulmasına icazə veriləcək”.