Hansı Dövlət Qurumlarından Korrupsiya şikayəti olub-Siyahı

KAMRAN

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2016-cı ildə dövlət qurumları tərəfindən quruma daxil olan korrupsiya faktları ilə bağlı müraciətləri açıqlayıb.

XALQ.AZ xəbər verir ki, bunu Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin yekunlarına dair keçirilən mətbuat kofnransında bildirib.

O qeyd edib ki, ötən ildə Dövlət Təhlükəsizliyi Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 7, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş prokurorluqdan 5, rayon prokurorluqlarından 64, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, digər yerli məhkəmələrdən 37, Bələdiyyərlə bağlı 23, Maliyyə Nazirliyindən 15, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 4, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən 9, İqtisadiyyat Nazirliyindən 15, Müxtəlif banklardan 23, Özəl sektor 51, Dövlət İmtahan Mərkəzindən 5 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət daxil olub”.