Hansı halda məktəblərin fəaliyyətini dayandırılacaq?

Məktəblərdə kütləvi yoluxma olarsa, həmin təhsil müəssisəsinin fəaliyyəti dayandırılacaq. 

XALQ.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, belə hallarda ümumi yox, lokal yanaşmanın tərəfdarıdırlar:

“Əgər biz müşahidə etsək ki, hər hansı təhsil müəssisəsində kütləvi yoluxma halları aşkarlanıb, o təhsil müəssisəsinin fəaliyyəti ya məhdudlaşdırılacaq, ya da tamamilə dayandırılacaq. Amma söhbət yalnız bir yoluxma faktı ilə bağlı deyil”.