Hansı toyuqlar halaldır?

Toyuq

Azərbaycanda kolbasa istehsalçılarının ardınca, toyuq məhsulları istehsal edən şirkətləri də “halal” standartı almaq üçün Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.

XALQ.AZ-ın məlumatına görə, Komitə sədri Ramiz Həsənov açıqlamasında bildirib ki, şirkətlər qarşısına bir sıra şərtlər qoyulub. “Halal” sertifikatı verilməzdən əvvəl təbii ki, QMİ-yə müraciət edəcəyik. Yalnız heyvan kəsimində iştirak etmək şərtilə onların prosesdə olması mümkündür.

“Halal” sertifikatı verilən 4 müəssisədə istifadə edilən heyvanların kəsimi xaricdə gerçəkləşir və bizim də ekspertlər xaricdə monitorinqlər aparır”.