“Happy Ganja” (VİDEO)

Pharrell Williamsın eyni adlı klipi əsasında ayrı-ayrı ölkələrdə, şəhərlərdə “Happy” klipi çəkilməkdə davam edir. XALQ.AZ-ın məlumatına görə, bu dəfə isə “Happy Gəncə” videosu hazırlanıb.
Klipdə Gəncə şəhərinin tanınmış simaları və Gəncənin fəal gəncləri iştirak edib. Klip şəhərin müxtəlif yerlərində – Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi və Park Kompleksi, “Xan Bağı”, “Cavad Xan” Küçəsi, “Hacıkənd qəsəbəsi”, adlı yerlərdə çəkilib.

Klip “Youtube”də “We Are Happy From Ganja” başlığı ilə yerləşdirilib. Avropanın yeni “Gənclər Paytaxtı”nda bütün sənət sahibləri xoşbəxtdir. Klipin çəkilməsində əsas məqsəd gəncəlilərin xoşbəxtliyini təsvir etməkdir.