Hava kəskin soyuyur

23

 

Sentyabrın 25-dən ölkə ərazisində hava kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  bildirib ki, havanın temperatur 5-10˚ enəcək, yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək.

Sentyabrın 24-də havanın temperaturu 33 dərəcəyə kimi yüksəlsə də, bir gün sonra temperatur 20 dərəcəyə düşəcək.

Belə qeyri-sabit hava şəraitinin sentyabr ayının 25-26-da davam edəcəyi gözlənilir.

A.Verdiyevin sözlrinə görə, sentyabrın 23-ü axsamdan başlayaraq 24-ü gündüzə kimi cənub-qərb küləyi güclənəcək. 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sentyabrın 25-də isə güclü küləkli hava davam edəcək.