Helikopter köməyə getdi

1

Qəbələdə meşə zolağı yanıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayon mərkəzindən 9 km aralıda yerləşən Tikanlı kəndində, dağlıq meşə zolağında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.