Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.

1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


media-ads-728x90

Bənzər xəbərlər