Son günlər Azərbaycanda alternativ hərbi xidmətlər bağlı məsələ yenidən gündəmə gəlib. Alternativ hərbi xidmət dedikdə arxa cəbhədə silahsız xidmət nəzərdə tutulur. Bu xidmət növü Azərbaycan Konstitusiyasında da təsbit olunub, ancaq hələlik qanun qəbul edilməyib.

Mövzu ilə bağlı  danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, alternativ hərbi xidmətin tərəfdarı deyil:

 “Düşünürəm ki, hərbi xidmət xidmətkeçmə yaşı çatmış bütün Azərbaycan gəncləri üçün eyni olmalıdır. Adından da ehtiva olunduğu kimi bu hərbi xidmətdir. Ona qalsa həkimlər, müəllimlər və digər peşə sahibləri də özləri üçün vahid bir xidmət növü istəyər”.

“Bunun uğurlu bir yol olduğunu düşünmürəm. Hərbi xidmət bir formada keçirilməli və hamı üçün eyni olmalıdır. Düzdür müharibə dövründə mədəniyyət xadimləri, qələm adamları, şair və yazıçılarımız öz ifaları, yazıları ilə iştirak ediblər. Amma bu motivasiya xarakterli idi, orduda ruh yüksəkliyi yaratmaq üçün məqbul bir şey idi. Onlar həm də ön sıralarda idi, həm də hərbi xidmət keçərək xidmətlərini başa vurublar. Düşünürəm ki, alternativ yox vahid hərbi xidmət olmalı və bütün çağırışçılar da bu xidmətdən keçməlidirlər”- E.Akimova qeyd edib.


media-ads728x90

Bənzər xəbərlər