Heydər Əliyev fondu 100 azyaşlı uşağı sevindirdi

41   Heydər Əliyev Fondu Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqları sevindirib   Heydər Əliyev Fondu Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqları sevindirib. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bu dəfə də Fond öz missiyasına sadiq qalaraq uşaq evlərinin sakinlərinə bol sevinc bəxş edib. Uşaq evlərinin 100 azyaşlı sakini bu dəfə “Meqafan” əyləncə mərkəzinin qonağı olub. Əyləncə mərkəzində azyaşlılar ən maraqlı və qeyri-adi attraksionlarda oynayıblar. Nahar yeməyində isə onlara ləziz təamlar təqdim edilib. “Meqafan”da keçən bu xoş saatlar uzun müddət balacaların yaddaşında qalacaq.