Heydər Əliyev Fondu uşaqları sevindirdi-Fotolar

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətlə yanaşı, Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur.

     
Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən  mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla reallaşdırılıb. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir
     
Rayonun Arayatılı kəndində 75 yerlik, Əhmədbəyli kəndində 50 yerlik, İkinci Mahmudlu kəndində 50 yerlik körpələr evi – uşaq bağçası artır körpələrin ixtiyarına verilib. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

     
Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, Əhmədbəyli və İkinci Mahmudlu kənd körpələr evi – uşaq bağçalarının hər birində isə ayrılıqda iki mərtəbəli binalarda 3 oyun, 3 yataq otağı istifadəyə verilib. Əlavə olaraq qeyd edək ki, Bala bəhmənli kəndində yerləşən 640  yerlik tam orta məktəbin binası Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir edilərək istifadəyə verilib. Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 pandemiyasına qarşı mübarizənin hələ də davam etdiyi bir dönəmdə bu tip müasir standartlara cavab verən, geniş və səliqəli binaların tikilib istifadəyə verilməsi xüsusilə əhəmiyyətlidir.

     
Son vaxtlar ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən  təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarın 2.1 bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prossesinin 2021-ci il fevralın 15-dən əyani formada təçkili ilə bağlı müvafiq qərar qəbul edilib.

       
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigyenik normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında hazırlıq tədbirləri həyata keçirilib.


 Bununla əlaqədar olaraq, bağçalarda təmizlik və dezinfeksiya işləri aparılmış, işçilərin bir qismi COVİD-19 testlərindən keçirilmiş, bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dizenfeksiyaedici məhlullarla təmin edilib.

           
Rayon ictimaiyyəti, yeni tikilən müəssisələrin kollektivləri və valideynlər Zəfər sevincini bizə yaşatdıqlarına, pandemiyadan bizləri qorumaq üçün gördükləri bütün tədbirlərə, belə müasir,geniş,səliqəli binaların ixtiyarımıza verilməsinə və ümumulikdə göstərilən hərtərəfli diqqətə, qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ürəkdən minnərdardılar.