Heydər Əliyevin əmlakına həbs qoyuldu- oğlu İlham Əliyev isə…

Əmlakı siyahıya alınan Prezidetin oğlu İlham Əliyevdə tamamilə idarəçilikdən uzaqlaşdırılıb.

Mehkeme

Azərbaycanın tanınmış iş adamı, “Şərur” MTK-nın prezidenti, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qalmaqallı işləri haqda mediada çox yazılıb. Bir müddət öncə isə həbsdə olan bir qrup iş adamı məhz bu şəxsin toruna düşdüklərini açıq şəkildə bəytan etdilər. İnşa etdirdikləri binadakı mənzillərin hər birini çoxsaylı vətəndaşlara satdıqlarına görə dəludəzluq ittihamıyla həbs olunan “Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, şirkətin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev məhkəmə ifadəsində bildiriblər ki, “Şərurlu Isfəndiyar” onlardan möhürü alıblar. Yəni, “Şərurlu Isfəndiyar” onların özlərini də aldadıb.
Xalq.az, “Yeni Cumhuriyyət” qəzetinə istinadən bildirir ki, iş adamı “Qorqud Holdinq”in rəhbəri Heydər Əliyev bir neçə gün bundan qabaq həbs olunub. Bununla bağlı məlumat verən mənbə deyir: “Heydər Əliyevin həbsindən artıq xeyli müddət keçsə də bu olay ictimaiyyətdən gizli saxlanılır. Onun özü də xəbərin yayılmasında maraqlı deyil. Dələduzluq maddəsi ilə ittiham olunan iş adamı ilə məhkəmə hökmü olmadan azadlığa çıxması üçün danışıqlar aparılır. Güman ki, əlində olan əmlak və obyektlərinin bir hissəsindən imtina etmək şərti ilə onun azadlığa çıxması təmin ediləcək”.
Mənbəmiz onu da bildirdi ki, artıq “Bala Heydəri”in əmlakı siyahıya alınıb və onun oğlu İlham Əliyev tamamilə idarəçilikdən uzaqlaşdırılıb. Onu da bildirək ki “Qorqud Holdinq”in prezidenti Türkiyədəki nurçularla ciddi əlaqəsinin olduğu söylənilən bu iş adamının qaranlıq əlaqələri ilə də diqqət çəkib və onun həbsinin hansı yollarlasa Türkiyədəki məlum həbslərə bağlı olması istisna deyil.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq