Heydər Əsədov: “Göstərilən etimadı doğrultmaq üçün çalışacağam”

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin olunub.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Modern.az-a danışan H.Əsədov bütün fəaliyyəti boyu olduğu kimi, dövlətə, dövlətçilik ənənələrinə xidmət edəcəyini açıqlayıb:

“Göstərilən etimadı doğrultmaq üçün çalışacağam”.

Qeyd edək ki, Heydər Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri vəzifəsində çalışıb.

22 oktyabr 2013-cü ildən 2018-ci ilədək kənd təsərrüfatı naziri olub.

 

Orxan