Hikmət Hacıyev Şuşa Qlobal Media Forumunun başa çatması ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa Qlobal Media Forumunun başa çatması ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Hikmət Hacıyev tviterdə yazıb:

“Şuşa Qlobal Media Forumu – 2023 möhtəşəm konsert proqramı və məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb”.