Hitlerin əsəri hərraca çıxarılır

Hitler

ABŞ-da Adolf Hitlerin avtobioqrafik manifesti sayılan “Mayn Kampf” əsərinin, diktatorun özü tərəfindən imzalanmış 2 nüsxəsi hərraca çıxarılır.

Los Ancelesdə onlayn hərraca çıxarılacaq 1925 və 1926-cı illərdə nəşr olunmuş kitabların azı 20 min dollara satılacağı gözlənilir. Məsələnin kinayəli tərəfi ondan ibarətdir ki, yəhudilərə divan tutmuş, Alman diktatorunun antisemit əsərini satışa çıxaran elə yəhudi əsilli ABŞ vətəndaşıdır. Neyt Sanders, bir yəhudi kimi, çoxlarının bu kitabın açıq ictimai satışa çıxarılmasına narazılıqla qarşılayacağını bilir. O, Hitlerin millətçi-sosializm ideyalarını təbliğ edən “Mayn Kampf”, yəni “Mənim Mübarizəm” əsərinin dəhşətli bir əsər olduğunu, habelə bununla yanaşı tarixin bir parçası olduğunu deyib.

Xatırladaq ki, bu kitablar Hitlerin hakimiyyəti ələ keçirmə cəhdinə görə həbs olunmasından əvvəl, erkən davamçılarından olan Josef Bauerə diktator tərəfindən ən yaxşı arzularla hədiyyə edilib və imzalanıb. Sandersin dediyinə görə, 1930-cu illərdə buraxılmış və Hitler tərəfindən imzalanmış “Mayn Kamp”ın nüsxələri kifayət qədər geniş yayılıb. Belə ki, faşist lideri hakimiyyətə gəldikdən sonra getdiyi toylarda həmin kitabları bəylə-gəlinə hədiyyə edib. Ancaq 1920-ci illərin imzalanmış nüsxələri kifayət qədər nadir sayılır