Hitlerin qırıcıları satışa çıxarılıb (FOTO)

Qirici

İspaniyada Hitler ordusu üçün hazırlanmış beş təyyarə 600 min avroya satışa çıxarılıb.

XALQ.AZ-ın məlumatına görə, 2-ci dünya müharibəsi zamanı İspaniya döyüşlərə qoşulmurdu, ancaq nasist Almaniyasının silahlandırılması təchizatıyla məşğul idi.

Alman ordusu üçün planlaşdırılmış 200 qırıcıdan yalnız 65-i hazırlanmışdı. Onlardan heç biri hərbi əməliyyatlarda iştirak etməyib.

Qırıcılar Hollivudun və Britaniyanın kino çəkilişlərində dəfələrlə istifadə edilib, amma öz döyüş təyinatını reallaşdırmayıb. İndi ispanlar həmin dövrdən qalan qırıcıları satmaq istəyir.

Gələcəkdə, həmçinin son altı təyyarənin satışı üzrə kampaniya təşkil etmək planlaşdırılır.

Qirici