Şeyxin arvadı Avropaya qaçdı

Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.

XALQ.AZ  xəbər verir ki, The Sun-ın yaydığı məlumata görə, Dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.

Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.

Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O, Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir.
Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.

Big.Az xəbər verir ki, The Sun-ın yaydığı məlumata görə, Dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.

Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.

Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O, Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir.

Dubay hökmdarının xanımı ölkədən qaçdı - 40 milyon dollar da götürüb - FOTO

Orxan