Hollandlar elektron “nəşə” hazırladılar

Nese

Hollandiyada narkotik istifadəçiləri üçün elektron siqaret hazırlanıb.

XALQ.AZ-ın məlumatına görə, “E-Njoint B.V” şirkəti dünyada ilk dəfə yüngül narkotikləri əvəz edə biləcək elektron siqaret düzəldib. Bu məhsuldan istifadə etməyə hər hansı bir yasaq yoxdur. Elektron siqaret satışa çıxarılan kimi, xeyli alıcısı olub.

“E-Njoint B.V”-nin hazırladığı elektron siqaretləri narkotik maddələrlə bir yerdə satılmır. Ancaq bu siqaretə marixuana doldurmaq imkanı da var. Bununla belə elektron siqaretin əsas təyinatı siqaret kimi istifadə olunmasındadır.