Homoseksualların toyunda 7 nəfər həbs olundu

2

İki cinsi azlığın Misirdə baş tutan toy mərasimindən sonra 7 nəfər həbs edilib.

XALQ.AZ-ın məlumatına görə, Nil çayının üzərində qayıqda cinsi azlıqların əhatəsində keçirilən toyun videosu “Youtube” video portalında yayıldıqdan sonra polis əməkdaşları bu insanlar ilə yaxından maraqlamağa başlayıb.

Dövlət prokurorluğu şübhəli bilinərək saxlanılan şəxslərin fiziki müayinədən keçməsini tələb edib. Dövlət işçiləri Misirdə ilk olaraq keçirilən toy mərasiminin görüntülərinin yayılması ilə transseksualları cəmiyyətin ictimai əxlaqını pozmasında günahlandırırlar. Bundan əlavə olaraq bu yolla onların gizli şəkildə münasibətdə olan eynicinslilərə çağırış etdikləri deyilir.

Qeyd edək ki, homoseksualizm Misirdə qanunla qadağan edilməyib.