Hümanitar marafon elan edilib

 

06

Qızıl Aypara Cəmiyyəti (QAC) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə noyabrın 1-dən etibarən humanitar marafon elan edib. QAC-dan Xalq.az-a verilən məlumata görə, toplanan vəsait respublikadakı tənha və atılmış yaşlılara humanitar yardım üçün sərf olunacaq. Arzu edənlər QAC-ın saytı vasitəsilə yardıma qoşula bilərlər. Şəffaflığın təmin olunması məqsədilə ad və məbləğ təşkilatın saytında göstəriləcək.