Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Azad Məcidovun sədrilyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
Prosesə sədrlik edən hakim bildirib ki, cinayət işini həcmi böyükdür, həm də təqsirləndirilən şəxsin ifadəsi geniş həcmlidir. Bu səbəbdən hakim prosesin geniş vaxtda keçirilməsi üçün təxirə salınmasını təklif edib. Bu proses iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Hakim deyib ki, növbəti vaxtda bu ilin ilk iclasında araşdırılması üçün bir saat vaxt sərf olunacaq.
Növbəti iclası iyulun 26-a təyin olunub.
Qeyd edək ki, Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.