İbonun Tv-sı bağlandı

41

 

Imperatorun 11illik fəaliyyət göstərən “Tatlıses TV” si baglanıb.Bu məlumatı şəxsi Twitter hesabında şərh edən İbo məsələyə fikrini belə bildirib: “11 ildir ki, o televiziyanı necə saxladığımızı bir biz bilirik, bir Allah, bir də işçilər.Xalqın dilini kəsdiniz”.
Bir müddət əvvəl kanalın bağlanacağı ilə bağlı ehtimallar var idi.  Beləki, “Tatlısəs TV”-nin bağlanmaslna səbəb TÜRKSAT-ın hədələri olub. Ödəmələrin 24 lirədən 50 lirəyə qalxmasına görə gecikmələrin olması kanal rəhbərliyi və aidiyyati qurumlar arasında  narazılıqlara səbəb olurmuş. Xatırladaq ki,  sosial şəbəkədə  “Baş nazirimiz “bağlayın” desə, bağlayacağıq. 11 ildir TV-dən cibimizə bir qəpik pul getmədi” – deyə Tatlısəs yazı paylaşmışdı.