İCAPP-ın Gənclər və Qadınlar təşkilatlarının iclasları keçiriləcək

Sentyabrın 7-də Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasları keçiriləcək.

XALQ.AZ xəbər verir ki, açılış mərasimində Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, İCAPP Gənclər Qolunun sədri Seri Shahidan, İCAPP Qadınlar Qolunun həmsədri Sujata Koirala, Milli Məclisin sədr müavini Bahar Muradova, Gənclər və İdman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar çıxış edəcək.

İclaslarda həmçinin 5-ci İCAPP Gənclik Qolunun və 6-cı İCAPP Qadın Qolunun Yeni Bürosu seçiləcək.

Qeyd edək ki, İCAPP-ın Gənclər Qolunun 5-ci iclası “Gənclərin ictimai və siyasi fəaliyyətlərdə rolu” və Qadınlar Qolunun 6-cı iclası isə “Qadınların səlahiyyətləri” mövzularına həsr olunacaq.