İcazəli şəxslər maşına kənar adam mindirə bilməz

“Həftəsonu işə çıxmasına icazə verilən şəxslərin həkətinə nəzarət ediləcək”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O əlavə edib ki, xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların, təşkilatların xidməti avtomobillərinin sürücüləri maşına ailə üzvü və ya yaxın şəxslərini götürə bilməzlər.