İclas keçirildi-Elektrik enerjisinin qiyməti bahalaçacaq?

Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Hərçənd ki, bəzi deputatlar yeni qanunun ölkədə elektrik enerjisinin bahalaşmasına gətirib çıxaracağını bildirirdilər. Bu baxımdan qanunun qəbul edilməsinin erkən olduğu qeyd edilirdi. 

XALQ.AZ xəbər verir ki, nazir Pərviz Şahbazov isə müzakirələr zamanı bildirib ki, sənəd potensial investisiya cəlb etməyi ehtiva edir. Məqsəd dövlətin zəmanəti olmadan özəl şirkətlərin investisiya qoymasıdır.

Nazirin sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi nəzərdə tutulmur. O qeyd edib ki, bazar modeli tam fəaliyyətə başladıqdan sonra elektrik enerjisinin ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün qiymətləri tənzimlənəcək.

Ümumiyyətlə, “Elektroenergetika haqqında” yeni qanun elektrik enerjisinin qiymətləri barədə nələri vəd edir? Doğrudanmı, qiymət artımı olmayacaq?  

Qüvvədə olan “Elektroenergetika haqqında” Qanun 1998-ci ildə qəbul edilib. 8 fəsil 24 maddədən ibarət olan qanun yenisi ilə müqayisədə daha az məsələni əhatə edir. Yeni qanun isə özü ilə xeyli yeniliklər gətirir. Bunlardan başlıcası elektrik enerjisi bazarının subyektlərinin sayının artmasıdır. Hazırda bu sahənin subyektlərinə “Azərenerji”,  “Azərişıq” və elektrik enerjisi istehlakçıları aiddir. Yeni qanunla isə elektrik enerjisi sahəsində fəaliyyət istiqamətlərinin biri-birindən ayrılması nəzərdə tutulur.

P. Şahbazov bildirib ki, beynəlxalq maliyyə institutları istehsal və ötürmə fəaliyyətinin bir yerdə olmasını əsas gətirərək bu sahəyə vəsait ayırmırlar. Çünki maliyyə qurumları bu sahədə səmərəliliyi hesablaya bilmir. Bu iki struktur ayrılanda isə sistemdə hesablama nəticəsində hər bir stansiyanın nə qədər və hansı qiymətə elektrik enerjisi istehsal edə bildiyi hesablanacaq.

Beləliklə, elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, bazar operatoru, təchizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılardan ibarət olacaq.

Yeni qanunla elektrik enerjisinin istehsalı istehsalçı tərəfindən həyata keçiriləcək. İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməyəcək. Ən əsası isə istehsalçı istehsal etdiyi elektrik enerjisini topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş prinsiplər əsasında satacaq. Yəni, hazırda olduğu kimi, qiymət dövlət tərəfindən müəyyən edilməyəcək. 

Həmçinin ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz. Ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərəcək.