İcra başçısı “Göstərilən etimadı doğruldacağam”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Məmməd oğlu Bağırov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov ictimai – siyasi fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsinin çox qürurverici olduğunu qeyd edərək, göstərilən diqqətə və yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə sonsuz minnətdarlığını ifadə edib və bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, dövlətçiliyimizin inkişafı və xalqımızın daha xoşbəxt gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini və göstərilən etimadı doğruldacağını bildirib.