İcra başçısı ilə millət vəkili məktəbliləri təbrik etdilər

Şamaxıda keçirilmiş fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri məlum olmuşdur.

Şamaxı rayonunda keçirilmiş respublika fənn olimpiadasının yarımfinal mərhələsində rayon məktəblərini təmsil edən 52 nəfər şagird iştirak etmişdir.

XALQ.AZ xəbər verir ki, yarımfinal mərhələsi azərbaycan dili və ədəbiyyat, fizika, kimya, bialogiya və coğrafiya fənnləri üzrə keçirilmişdir.

Olimpiadada şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədov Namik Emin oğlu azərbaycan dili və ədəbiyyat, şəhər 10 saylı tam orta məktəbin X sinif şagirdi Usubalıyev İmadi Hafiz oğlu və Göylər kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Həmzəliyeva Sevinc Şahmar qızı kimya fənnləri üzrə yüksək nəticə əldə edərək final mərhələdə iştirak etmək hüququ qazanmışlar.Olimpiadanın final mərhələsində iştirak edəcək şagirdlərlə görüşən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova və rayon təhsil şöbəsinin müdiri Məsud Babayev qalibləri təbrik edərək onlara uğurlar arzulamışlar.